“Xəzər Lənkəran” “Fənərbaxça” klubunun sabiq qapıçısı Volkan Babacanı transfer etmək istəyib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, cənub təmsilçisinin baş məşqçisi Mustafa Dənizli hazırda “Manisaspor”un şərəfini qoruyan 26 yaşlı qolkiperi sərəncamında görmək istəyib.
2002-12-ci illərdə İstanbul nəhənginin əvvəl uşaq, sonra əsas komandasında çıxış edən, tanınmış adaşı Volkan Dəmirəlin əvəzləyicisi olan Babacan karyerasını Azərbaycanda davam etdirmək fikrində olmayıb.
Qolkiper 2012-ci ildə keçdiyi Manisa təmsilçisinə sadiqlik nümayiş etdirib. Türkiyə mətbuatının iddiasına əsasən, qapıçı Dənizli ilə söhbətində qərarını belə əsaslandırıb: “Təklifiniz üçün çox sağ olun. Amma “Manisaspor”un mənə ehtiyacı böyükdür. Komanda yoldaşlarımı tək qoyub gedə bilmərəm. Klubumla Superliqaya yüksəlmək istəyirəm”.
Qeyd edək ki, “Fənərbaxça”da cəmi 6 oyun keçirən Volkan bu klubda olduğu müddətdə icarə əsasında “İstanbulspor” və “Kayserispor”da da çıxış edib.
2003-cü ildən Türkiyə millisinə cəlb olunan qapıçı U-16, U-17, U-18, U-19, U-21, olimpiya yığması və A2 komandalarının şərəfini qoruyub.
- “Barselona” Premyer Liqadan transferə hazırlaşır
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat