“Xetafe” “Real”ın futbolçusunu transfer etdi
05.07.2024 - 17:57

“Real” futbolçusu Peter Federikonu satıb.
Apasport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi karyerasını “Xetafe”də davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Peter ilə 4 illik müqavilə imzalanıb.
Federiko ötən mövsümü “Valensiya”da icarədə keçirib. O, 15 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0