Xviça yeni kluba keçməyə razılaşıb
25.06.2024 - 10:34
Xviça yeni kluba keçməyə razılaşıb

Gürcüstan millisinin və "Napoli"nin hücumameyilli yarımmüdafiəçisi Xviça Kvaratsxeliya komandasını dəyişməyə yaxındır.

Apasport.az "La Gazzetta dello Sport"a istnadla xəbər verir ki, vinger PSJ ilə razılaşıb.

Tərəflər 5 illik müqavilə imzalamağa yaxındırlar. Futbolçunun maaşı illik 7,5 milyon avro olacaq.

“Napoli”yə gəlincə, klub rəhbərliyi komandanın liderini buraxmaq istəmir. Kvaratsxeliyanın müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir. O, 2022-ci ildən bu klubda çıxış edir. Ötən mövsüm A Seriyasında 23 yaşlı vinger 34 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

0