Yamal üçün 400 milyon avroluq təklif
12.04.2025 - 16:59
Yamal üçün 400 milyon avroluq təklif

"Barselona" futbolçusu Lamin Yamala daha bir müştəri çıxıb.

Apasport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu İspaniya təmsilçisinə 400 milyon avroluq təklif hazırlayıb.

Klubun adı açıqlanmayıb. Lakin kataloniyalıların hücumçunu satmaq istəmədiyi bildirilib.

Qeyd edək ki, ispaniyalı oyunçunun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir. O, cari mövsüm 43 oyunda 14 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.