"Yunayted" Eriksenlə yollarını ayırıb
30.05.2025 - 13:17
"Yunayted" Eriksenlə yollarını ayırıb

Premyer Liqa təmsilçilərindən "Mançester Yunayted" Kristian Eriksenlə yollarını ayırıb. 

Apasport.az xəbər verir ki, bu barədə 33 yaşlı mərkəz müdafiəçisi sosial media hesabında paylaşım edib. 

Danimarkalı 2022-ci ilin iyul ayından İngiltərə nəhənginin formasını geyinirdi. 

O, bu mövsüm "Yunayted"in heyətində 35 oyuna çıxıb, 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.