“Yunayted”də “təmizlik işləri” – 4 futbolçu göndəriləcək
01.04.2025 - 18:12

İngiltərə Premyer Liqası təmsilçilərindən “Mançester Yunayted” yayda heyətində dəyişikliklər etməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, baş məşqçi Ruben Amorim 4 futbolçu – Tom Hiton, Kristian Eriksen, Coni Evans və Viktor Lindelöfün çıxışından narazıdır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Mənbənin məlumatına görə, oyunçularla yayda qarşılıqlı razılaşma əsasında yollar ayrılacaq.
Qeyd edək ki, “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının geridə qalan XXIX turundan sonra 37 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
5
0