"Yuventus" Kenan Yıldıza qiymət qoyub
02.06.2025 - 08:35
"Yuventus" Kenan Yıldıza qiymət qoyub

"Yuventus" hücumçusu Kənan Yıldızı satmaq fikrində deyil.

Apasport.az xəbər verir ki, Turin klubu müqavilə yeniləmək üçün 20 yaşlı futbolçu ilə danışıqlar aparır.

İnsayder Nikolo Şiranın sözlərinə görə, "qoca sinyora" oyunçunu 80-100 milyon avro dəyərində qiymətləndirir.

Kənan Yıldızla Londonun “Arsenal” və “Çelsi” klubları maraqlanır.

"Transfermarkt" Türkiyə millisinin üzvünü 45 milyon avro olaraq dəyərləndirir. Onun "Yuventus"la hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir.