"Yuventus" onu komandadan göndərir
01.04.2025 - 10:38
"Yuventus" onu komandadan göndərir

"Yuventus"un hücumçusu Arkadiuş Milik komandasını tərk edə bilər.

Apasport.az xəbər verir ki, 31 yaşlı polşalı futbolçu zədə səbəbindən bu mövsüm heç bir oyunda meydana çıxmayıb.

Forvardın Turin klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq, lakin klub rəhbərliyi müqaviləni vaxtından əvvəl ləğv etməyi düşünür.

"Yuventus" Arkadiuş Miliki 2023-cü ildə Fransanın "Marsel" klubundan transfer edib. Ötən mövsüm polşalı bütün yarışlarda “qoca sinyora”nın heyətində 32 matçda 8 qol vurub.