“Yuventus”un baş məşqçisi İqor Tudor yaxın zamanda postunu itirə bilər.
Turin təmsilçisi dünən A Seriyası oyununda “Latsio”ya 0:1 hesabı ilə məğlub olub. Bu, komandanın ardıcıl üçüncü məğlubiyyətidir. Turinlilər ümumilikdə isə səkkiz oyundur ki, qələbə qazana bilmir.
Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, klub rəhbərliyi hələlik Tudoru vəzifədən uzaqlaşdırmağı planlaşdırmır. Bildirilir ki, rəhbərlik mümkün əvəzləyici namizədləri araşdırır, ancaq yaxın günlərdə istefa qərarı gözlənilmir.
“Yuventus” hazırda A Seriyasının turnir cədvəlində 8-ci pillədə qərarlaşıb. Komanda növbəti oyununu oktyabrın 29-da, doğma meydanda “Udineze”yə qarşı keçirəcək.