“Yuventus”da yeni müqavilə 
30.04.2025 - 16:56
“Yuventus”da yeni müqavilə 

İtaliya A Seriyası təmsilçilərindən “Yuventus” hücumçusu Arkadiuş Miliklə yeni müqavilə imzalayıb. 

Apasport.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçunun 2026-cı ildə bitəcək müqaviləsi daha bir il artırılıb.

Xatırladaq ki, 32 yaşlı forvard “qoca sinyora”ya 2023-cü ildə “Marsel”dən 7,3 milyon avroya transfer olunmuşdu.

Qeyd edək ki, Polşa millisinin üzvü bu mövsüm zədə səbəbindən “Yuventus”un heyətində heç bir matçda iştirak etməyib.