Atletika üzrə Bakı birinciliyi keçiriləcək
30.04.2025 - 15:52
Atletika üzrə Bakı birinciliyi keçiriləcək

Yeniyetmələr arasında atletika üzrə Bakı şəhər yay birinciliyi keçiriləcək.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti açıqlayıb.

Yarış federasiya tərəfindən təşkil olunacaq.

Birincilikdə 2010-2011-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar.

Qeyd edək ki, mayın 2-də start götürəcək yarış iki gün davam edəcək.