Milan derbisində sevinən tərəf “rossonyerilər” oldu
09.03.2026 - 01:43
İtaliya A Seriyasında XXVIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, “Roma” səfərdə “Cenoa” ilə qarşılaşıb.
Görüş ev sahiblərini 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Turun mərkəzi matçı isə Milanda baş tutub. Şəhərin iki təmsilçisi – “İnter” və “Milan” üz-üzə gəlib.
Gərgin keçən qarşılaşmanın taleyini yalnız 1 qol həll edib. Pervis Estupinyanın 35-ci dəqiqədə vurduğu qolla “rossonyerilər” rəqibini minimal hesabla məğlub etməyi bacarıb - 1:0.
0
0