Alkaras birinci pilləni geri qaytardı
25.06.2023 - 22:46
Alkaras birinci pilləni geri qaytardı

Karlos Alkaras yenidən dünyanın 1 nömrəli tennisçisi olacaq.

Apasport.az saytı xəbər verir ki, ispaniyalı tennisçi London turnirindəki qələbədən sonra bu hüququ əldə edib.

Alkaras “Queen’s Club” turnirinin finalında Aleks de Minuara qalib gəlib. O, hər iki seti 6:4 hesabı ilə öz xeyrinə başa vurub. Bu, ispaniyalı idmançının ot örtüklü kortlarda ilk qələbəsi olub. Karlos 2023-cü ildə 5-ci qələbəsini qazanaraq, rusiyalı tennisçi Daniil Medvedyevlə eyni nəticəyə imza atıb.

Qeyd edək, Alkaras 2023-cü ilə reytinq cədvəlinin 1-ci pilləsində başlasa da, sonradan mövqeyini itirmiş və Novak Cokoviç lider mövqeyinə yüksəlmişdi. 
 

0