Cokoviç: “Heç kimə özünü belə aparmağa imkan vermərəm”
16.05.2023 - 20:57
Cokoviç: “Heç kimə özünü belə aparmağa imkan vermərəm”

ABŞ-lı tennisçi Kameron Norrinin Roma turnirində kortdakı davranışı birmənalı qarşılanmayıb.

Apasport.az-ın məlumatına görə, o, oyunun bitməsinə baxmayaraq, topu rəqibi Novak Cokoviçin üzərinə vurub.

Məsələ ilə bağlı serbiyalı tennisçi açıqlama verib. Cokoviç kortdan kənarda Norrinin yaxşı davrandığını qeyd edib. O, rəqibin niyə belə hərəkətə yol verdiyini anlamadığını deyib: “Ola bilər bilərəkdən etmədi, amma, o, məni görməli idi. İlk dəqiqələrdən Norri kortda istədiklərini edirdi, gah tibbi fasilə götürdü, gah rəqibi topla vurdu. Biz öz aramızda kortdan kənarda belə davranışın düzgün olmadığını qeyd edirik. Mən heç kimə özünü belə aparmağa imkan vermərəm”.

Qeyd edək ki, Cokoviç matçı 2:0 (6:3, 6:4) qalib başa vurub.
 

0