MOİK 8-ci dəfə Rusiya kubokunu qazandı
11.06.2023 - 20:27
MOİK 8-ci dəfə Rusiya kubokunu qazandı

MOİK Rusiya kubokunun qalibi olub.

Apasport.az-ın məlumatına görə, komanda penalti seriyasında “Krasnodar”a qalib gəlib.

Oyunda hesabı birinci hissədə “hərbçilər” açsalar da, fasilədən sonra krasnodarlılar bərabərlik qolunu vurublar. Penalti seriyasında daha dəqiq olan MOİK kuboku başı üzərinə qaldırıb (1:1, pen. 6:5). 

Qeyd edək ki, Moskva klubu tarixində 8-ci dəfə Rusiya kubokuna sahib çıxıb.  
 

0