Nadal 2024-cü ildə geri dönəcək
28.07.2023 - 23:25
Nadal 2024-cü ildə geri dönəcək

Məşhur tennisçi Rafael Nadalın gələcək karyerası sual altındadır.

Apasport.az-ın məlumatına görə, ispaniyalı tennisçi korta dönməyi planlaşdırır.

Bu barədə onun dayısı və keçmiş məşqçisi Toni Nadal açıqlama verib. O, Rafanın 2024-cü ildə karyerasını bərpa etmə ehtimalından danışıb: “Rafanın vəziyyəti yaxşıdır, 2024-cü ildə korta dönmək niyyətindədir. Ümid edirəm, Alkaras bizə tutil qazanmaq imkanı yaradacaq. Nadal geri qayıdıb, karyerasını kortda bitirmək istəyir”.

Qeyd edək ki, yanvar ayında dizindən zədələnən Nadal cərrahiyə əməliyyatı keçirib. O, may ayında keçirdiyi mətbuat kofransında karyerasını bitirmə ehtimalını açıqlayıb.
 

0