Svitolina addımına aydınlıq gətirdi
02.06.2023 - 23:48
Svitolina addımına aydınlıq gətirdi

Tennis üzrə Rollan Qarrosda ukraynalı tennisçı rusiyalı həmkarının əlini sıxmaqdan imtina edib.

Apasport.az saytı xəbər verir ki, rəqibini məğlub edən Elina Svitolina bu addımı atıb.

Anna Blinkovaya 2:1 (6:2, 2:6, 7:5) hesabı ilə qalib gələn Svitolina 1/8 finala vəsiqə qazanıb. Təcrübəli tennisçi oyundan sonra addımına aydınlıq gətirib: “Hər şey Ukrayna hökuməti üzvlərinin Rusiya təmsilçiləri ilə görüşündən sonra başlandı. Onlar bir-birinin əlini sıxmaqdan imtina etdilər. Səbəb Rusiyanın etdikləri idi”.

Qeyd edək ki, Svitolina növbəti mərhələdə digər rusiyalı Darya Kasatkina ilə qarşılaşacaq.
 

0