Şvyontek: "Biz Parisə bilet sifariş veririk"
18.05.2023 - 22:55
Dünyanın 1 nömrəli qadın tennis raket ustası İqa Şvyontek Rollan Qarrosda iştirak edə biləcək.
Apasport.az saytı xəbər verir, bu barədə polşalı tennisçi özü məlumat yayıb.
Dünən Roma Masters turnirinin yarımfinalında oyunu yarımçıq dayandıran tennisçinin zədəsi ciddi deyil. O, sosial şəbəkədəki paylaşımında bunu qeyd edib: "Təcili özünübərpa. Bir neçə günlük istirahətə ehtiyac var. Biz Parisə bilet sifariş veririk.
Qeyd edək ki, 21 yaşlı Şvyontek artıq iki dəfə Fransa Açıq tennis turnirinin qalibi olub.
- Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb
- Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
- İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi
0
0