Tennis üzrə Rollan Qarros turnirində qadınların mübarizəsində finalçılar müəyyənləşib.
Apasport.az-ın məlumatına görə, həlledici qarşılaşmada polşalı İqa Şvyontek və çexiyalı Karolina Muxova üz-üzə gələcəklər.
Turnirin ikiqat qalibi və favoriti Şvyontekin finala yüksələcəyi gözlənilsə də, Muxova sürprizə imza atıb. Çexiyalı idmançı karyerasında ilk dəfə “Böyük Dəbilqə” yarışının həlledici oyununda mübarizə aparacaq. O, yarımfinalda dünyanın 2 nömrəli tennisçisi Arina Sabalenkanı məğlub edib (7:6, 6:7, 7:5). Polşalı raketka ustası isə braziliyalı Hadad-Mayaya qalib gəlib (6:2, 7:6)
Qeyd edək ki, finalçılar indiyədək iki dəfə üz-üzə gəliblər və maraqlıdır, hər iki oyunda Muxova qələbə qazanıb.
- Tennis yığmamız “Davis Cup” üçün Moldovaya yola düşüb
- Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib
- Bakıda keçirilən beynəlxalq tennis yarışının qalibləri bəlli olub
- Ənvər Ənvərli Azərbaycan Tennis Federasiyasının yeni prezidenti seçilib
- İslam Oyunları: Millimiz yarımfinalda məğlub oldu, bürünclə kifayətləndi