US Open rekord mükafat
08.08.2023 - 22:49
US Open rekord mükafat

“Böyük Dəbilqə” seriyasından US Openin mükafat fondu artırılıb.

Apasport.az saytı xəbər verir ki, fond 65 milyon dollar təşkil edəcək.

Bu, tennis tarixində rekord məbləğ sayılır. Əvvəlki ən böyük müküfat fondu da ABŞ Açıq çempionatında qeydə alınıb. Ötən il qaliblərə 60 milyon dollar mükafat paylanılıb. Qaydalara görə, US Opendə həm kişilər, həm qadınlar yarışında qalib 3 milyon dollar qazanacaq.

Qeyd edək ki, ilin son “Böyük Dəbilqə” turniri avqustun 28-də start götürüb, sentyabrın 10-da yekunlaşacaq.
 

0