Azərbaycanın voleybol yığması Belçikada keçirilən beynəlxalq turnirin qalibi olub
31.03.2008 - 10:18
Bakı. Kənan Həsənov-APA-Sport. Belçikanın paytaxtı Brüsseldə keçirilən beynəlxalq voleybol turnirinə yekun vurulub. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycanın 16 yaşlı qızlardan ibarət milli komandası keçirdiyi bütün oyunları qələbə ilə başa vurub. Feliks Məmmədovla Alla Həsənovanın rəhbərlik etdiyi yığmamız həlledici görüşdə Slovakiyanı 3:2 hesabı ilə məğlub edərək birinci yeri tutub.
Qeyd edək ki, komandamız turnirin qrup mərhələsi çərçivəsində Belçika və Polşaya 3:0, Slovakiyaya 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, komandamız turnirin qrup mərhələsi çərçivəsində Belçika və Polşaya 3:0, Slovakiyaya 3:1 hesabı ilə qalib gəlib.
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
- “Azərreyl”dən inamlı qələbə
0
0