Ən gözəl voleybolçumuz üçün ən gözəl mükafat
28.04.2009 - 23:45
Ən gözəl voleybolçumuz üçün ən gözəl mükafat
Azərbaycan yığmasının üzvləri Valeriya Korotenko və Oksana Parxomenkonun formasını geyindiyi “Fənərbaxça Acıbadem” voleybol klubu Türkiyə çempionu olub. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisi final mərhələsində “Əczaçıbaşı”nı məğlub edərək, qızıl medallara sahib çıxıb.

Qalibi müəyyənləşdirmək üçün komandalar arasında keçirilən görüşlərdə “Fənər” 3:1 hesablı qələbə qazanıb.

Əvvəlki oyunlarda olduğu kimi, voleybolçularımız bu dəfə də əsas heyətdə mübarizə aparıblar və matçın ən yaxşılarından olublar.

Korotenko və Parxomenko yaxın günlərdə Bakıya gəlib, milli komandamızın 2010-cu il dünya çempionatının seçmə oyunları üçün hazırlıqlarına qatılacaqlar.
0