“Beşiktaş” Bakı klubu ilə oynayacaq
05.10.2010 - 15:24
Çexiyada təlim-məşq toplanışını başa vuran paytaxtın “Azərreyl” klubu Türkiyəyə yola düşüb. Azərbaycan Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, “Çelenc Cup”ın I təsnifat mərhələsinə hazırlıqları Türkiyədə davam etdirən Azərbaycanın ən köklü komandası qardaş ölkədə 2 yoldaşlıq matçında qüvvəsini sınayacaq. Belə ki, bu gün “Vakıfbank Günəş Sığorta” ilə gücünü yoxlayacaq Vüqar Əliyevin yetirmələri oktyabrın 6-da “Beşiktaş”la gücünü yoxlayacaq.
Türkiyəyə tam heyətlə yola düşən paytaxt klubuna 1 həftə sonra amerikalı Şeril Uiverin də qoşulacağı gözlənilir.
Qeyd edək ki, “Azərreyl” “Çelenc Cup”da Maltanın PAOLA Hibs komandası ilə ilk görüşü oktyabrın 10-da səfərdə, cavab matçı isə 7 gün sonra Bakıda olacaq.

- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB
0
0