Komandamız Türkiyə yığmasını məğlub etdi
06.10.2010 - 08:58
Çempionlar Liqasına hazırlığı Türkiyədə davam etdirən “Rabitə” voleybol klubu növbəti yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Super Liqanın qalibi dünya çempionatının iştirakçısı olacaq “ay-ulduzlu” komanda ilə gücünü yoxlayıb.
Rəqibin hücumları ilə start götürən oyunda ilk seti Türkiyə yığması qazanıb – 25:12. Lakin bu məğlubiyyətdən nəticə çıxaran voleybolçularımız növbəti hissələrdə ev sahiblərinə çətin anlar yaşadıblar.
Belə ki, “Rabitə” dalbadal 3 hissədə qalib gələrək (25:20, 25:17, 25:21) nəyə qadir olduğunu göstərib və oyunun hesabını müəyyənləşdirib – 3:1. Komandamız Türkiyə yığması ilə növbəti görüşünü sabah keçirəcək.
Qeyd edək ki, bu qarşılaşmadan öncə “Errea Cup”da qüvvəsini sınayan paytaxt klubu üçüncü yeri tutub.

- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər
- AVF rəsmisi CEV-dən təyinat alıb
- Millimiz Avropa çempionatının təsnifat mərhələsində iştirak edəcək
- Həsən Zeynalov: “Turan”ın Çempionlar Liqasında hədəfi bəllidir”
- “Turan”dan Çempionlar Liqasında tarixi qələbə - YENİLƏNİB
0
0