Yığmamızın üzvü Rumıniyada bombardir oldu
30.11.2011 - 10:20
Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Tomis” (Rumıniya) – “Azərreyl” (Azərbaycan) matçının ən yaxşı voleybolçusunun adı məlum olub. Apasport.az saytının məlumatına görə, Faiq Qarayevin yetirmələrinin 3:0 hesabı ilə qələbə qazandıqları oyunda Polina Rəhimova bombardir adını qazanıb.
Millimizin üzvü “Azərreyl”ə 27 xal qazandırıb. Komandamızın digər üzvlərindən Paulino De Souza Pereyra və Oksana Parxomenko hərəyə 10, Oksana Kovalçuk 8, Hizer Erin Brun 6, Sara Anzanello 2 və Tamas Cennifer 1 xala seviniblər.
Rəqib düşərgədə isə Kristina-Ana Çazaku daha dəqiq olub və 12 xal toplayıb.

0
0