Faiq Qarayev qələbəyə münasibət bildirdi
30.11.2011 - 11:49
“Bu oyun bizim üçün asan alındı. Rəqib düşərgədə cavan voleybolçular çoxluq təşkil etsə də, “Tomis” yaxşı inkişaf edib”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in baş məşqçisi Faiq Qarayev deyib.
“Azərreyl” Çempionlar Liqasına 3 illik fasilədən sonra qayıdışını qələbə ilə qeyd edib. Komandamız Rumıniyada “Tomis” klubunu 3:0 hesabı ilə üstələyib. Voleybolçularımız asan qələbə qazansalar da, onların oyunu Qarayevi tam qane etməyib: “Biz çox səhvlərə yol verdik. Çünki yalnız 3 öncə İstanbulda bir yerə yığışmışdıq. Voleybolçularımız Dünya Kubokundan qayıtdıqdan sonra birbaşa Konstantaya gəlmişik”.

0
0