“Rəqibin səviyyəsi matçın taleyini həll etdi”
30.11.2011 - 12:14
“Rəqibin səviyyəsi matçın taleyini həll etdi”
“Azərreyl” çox güclü komandadır və ümid edirəm ki, azarkeşlər bu məğlubiyyətdən məyus olmayıblar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rumıniyanın “Tomis” voleybol klubunun üzvü Kristina-Ana Çazaku deyib.

O, Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Azərreyl”ə 0:3 hesabı ilə uduzduqları oyunla bağlı fikirlərini açıqlayıb. 17 yaşlı Çazaku azarkeş dəstəyindən zövq aldığını və Bakı klubu ilə matçdan böyük təcrübə qazandığını bildirib: “İdman Sarayına gələn hər bir kəsə təşəkkürümü bildirirəm. Onlar bizi durmadan alqışladılar. Lakin rəqibin səviyyəsi matçın taleyini həll etdi. Uduzsaq da, böyük təcrübə qazandıq”.