Oksana Parxomenko: Rəqibi tanımırdıq
30.11.2011 - 12:29
Oksana Parxomenko: Rəqibi tanımırdıq
“Bu oyun bizim üçün elə də gərgin keçmədi”. Apasport.az saytının məlumatına görə, bunu “Azərreyl”in voleybolçusu Oksana Parxomenko deyib.

Milli komandamızın və “Azərreyl”in kapitanı Çempionlar Liqasına uğurlu başladıqları üçün sevinclidir. O, “Tomis”ə Rumıniyada 3:0 hesablı ilə qalib gəldikləri oyundan sonra bildirib ki, komandası Konstantadakı dueldə elə də çətinliklə üzləşməyib: “Mən rəqib haqqında heç nə bilmirdim. Yalnız onların öz millilərində çıxış edən ayrı-ayrı voleybolçuları barədə məlumatım vardı. Lakin buna baxmayaraq, inamlı oynadıq və ilk qələbəmizi hesabımıza yazdıq”.
0