“Ritmi hiss etmək üçün kifayət qədər vaxtımız var”
30.11.2011 - 12:51
“Biz çox yaxşı matç keçirdik. Debütümüzü uğurlu saymaq olar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Azərreyl”in voleybolçusu Hizer Erin Brun deyib.
Bakı klubunun yeni transferi Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “dəmiryolçuların” heyətində debüt edib. O, “Azərreyl”in Rumıniyada “Tomis”ə 3:0 hesabı ilə qalib gəldiyi görüşdə 6 xal toplayıb. Bu matçda çıxışlarını normal hesab edən amerikalı legioner sözlərinə görə, növbəti matçlarda daha yaxşı çıxış edəcəklər: “Bu bizim ilk oyunumuz idi. Yəni qrupumuzda mərhələ təzə başlayıb və ritmi hiss etmək üçün kifayət qədər vaxtımız var”.

- FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme Azərbaycan yığmasının üzvləri ilə görüşüb
- Azərbaycan yığmasının Avropa Liqası üçün heyəti açıqlanıb
- Qadın voleybolçulardan ibarət millimiz xaricdəki təlim-məşq toplanışını yekunlaşdırıb
- Millimiz Belarus klubuna məğlub olub
- EuroVolley-2026-nın rəsmi topları təqdim olunub
0
0