Qələbə ilə yubiley
01.12.2011 - 00:00
Qələbə ilə yubiley
Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda Rumıniyanın “Tomis” klubunun qonağı olan “Azərreyl” yeni yubiley müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, ümumilikdə avrokuboklarda 85-ci, Çempionlar Liqasında isə 53-cü görüşünə çıxan Faiq Qarayevin yetirmələri Konstanta təmsilçisinə 3:0 hesabı ilə qalib gəlməklə, özləri üçün yeni tarix yazıblar.
Belə ki, 3 illik fasilədən sonra Çempionlar Liqasına qayıdan “Azərreyl” qələbə qazandığı setlərin sayını 100-ə çatdırıb. Bununla da onlar qitənin ən möhtəşəm yarışında ikinci “100-lüyə” start veriblər.

Yarışın adıOQMS
Çempionlar Liqası532825100-95
Top komandalar kuboku108228-11
CEV kuboku62412-14
Çelenc Cup1615149-12
CƏMİ855332189-132