“Fənərbaxça” və “Vakıfbank TTelekom” ÇL-ə qələbə ilə başladılar
01.12.2011 - 09:56
“Fənərbaxça” və “Vakıfbank TTelekom” ÇL-ə qələbə ilə başladılar
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində 6 oyun baş tutub. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Bakının “Rabitə” və “Azərreyl” klublarının rəqibləri turnirdə ilk matçlarına çıxıblar.

Azərbaycan çempionu ilə B qrupunda yer alan “Fənərbaxça” (Türkiyə) və “Drezdner” (Almaniya) İstanbulda münasibətlərinə aydınlıq gətiriblər. Görüşdə “sarı-lacivərdlilər” asan qələbəyə seviniblər.

“Azərreyl”lə eyni qrupda yer alan klublardan isə “Foppapedretti” (İtaliya) – “Vakıfbank TTelekom” (Türkiyə) dueli baş tutub. Matç Çempionlar Liqasının son qalibi olan qonaqların “quru hesablı” qalibiyyəti ilə yekunlaşıb.

30 noyabr

A qrupu
“Kann” (Fransa) – “Villa Kortese” (İtaliya) – 3:1 (25:21, 25:20, 23:25, 25:21)

B qrupu
“Fənərbaxça” (Türkiyə) – “Drezdner” (Almaniya) – 3:0 (25:16, 25:19, 25:21)

C qrupu
“Volero” (İsveçrə) – “Atom” (Polşa) – 2:3 (25:19, 25:14, 14:25, 15:25, 9:15)
“Dinamo” (Rusiya, Kazan) - “Modranska” (Çexiya) – 3:2 (23:25, 20:25, 25:18, 25:15, 15:11)

D qrupu
“Foppapedretti” (İtaliya) – “Vakıfbank TTelekom” (Türkiyə) – 0:3 (14:25, 20:25, 17:25)

E qrupu
“Bank BPS Fakro” (Polşa) - “Srvena Zvezda” (Serbiya) – 3:0 (25:17, 25:23, 25:18)

Qeyd edək ki, “Azərreyl” ilk turda “Tomis”ə 3:0 hesabı ilə qalib gəlib. “Rabitə” isə “Myulhaus”la (Fransa) bu gün qarşılaşacaq.