Vitse-çempiona texniki məğlubiyyət verildi
01.12.2011 - 10:36
Azərbaycan Basketbol Federasiyasının İntizam Komissiyasının iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda noyabr 26-da kişilər arasında XIX Azərbaycan çempionatının “NTL-Tudor” – “Qala” komandaları arasında keçirilmiş oyununda birincilər tərəfindən verilmiş etiraza baxılıb.
Nəticədə Rasim Ağarzayevin adı I dəstədə çıxış etmiş və yüksək dəstədə oynamaq hüququ qazanmış “AzTU” klubunun (hazırki adı “Çağ Öyrətim”) sifariş ərizəsində olunduğunu nəzərə alaraq, onun “Qala” komandasının heyətində oynaması “Basketbol üzrə kişilər arasında XIX Azərbaycan çempionatının keçirilməsi” haqqında Reqlamentin və Əsasnamənin müddəalarına zidd olduğu təsdiq edilib.
Bunun məntiqi yekunu olaraq, “NTL-Tudor” – “Qala” arasında oyunun nəticəsi ləğv olunub və birincilərə 2:0 hesabı ilə qələbə verilib. Matçın “qəhrəmanı” Rasim Ağarzayev isə 1 oyunluq diskvalifikasiya edilib.
Onun həmçinin, icazə verilmiş keçidə qədər “Çağ Öyrətim” komandasının tərkibində Azərbaycan çempionatında iştirakına icazə verilib və transferinə çempionatın birinci dövrəsindən sonra baxılması qərara alınıb.
Qeyd edək ki, ölkə çempionatının son vitse-çempionu “Qala” qalmaqallı oyunda 96:62 hesabı ilə qələbə qazanmışdı.

0
0