Yenə Nataşa Osmokroviç!
01.12.2011 - 18:48
Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Rabitə” (Azərbaycan) - “Myulhaus” (Fransa) matçında ən çox xal toplayan voleybolçu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı klubunun 3:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın bombardiri adına Nataşa Osmokroviç sahib olub.
Xorvatiyalı legionerimiz “Rabitə”nin aktivinə 24 xal yazdırıb. Zoran Qayiçin meydan buraxdığı voleybolçulardan – Sanya Staroviç 12, Nataşa Krsmanoviç 10, Kimberli Qlass 8, Mira Qoluboviç 7 və İrina Jukova 2 dəqiq zərbəyə sevinib.
“Myulhaus”un heyətində isə 2 il Azərbaycanda oynamış Polina Stoyneva fərqlənib. Onun 8 zərbəsi dəqiq alınıb.
Qeyd edək ki, “Rabitə”nin dünya çempionu olmasında da Osmokroviçin böyük köməyi olmuşdu.

0
0