“Püşkün nəticəsini Azərbaycan üçün pis saymaq olmaz”
05.12.2011 - 13:35
“Püşkü heç də bizim üçün pis saymaq olmaz. Mən arzuladığım komandalardan ikisinin bizimlə düşməsi yaxşı oldu”. Bunu apasport.az saytına açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Elxan Əliyev deyib.
O, Almaniyanın Frayzinq şəhərində 2013-cü ildə Sloveniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsi püşkatması ilə bağlı fikirlərini açıqlayıb. Almaniya, Bolqarıstan, İsveç və Lüksemburqla B qrupunda mübarizə aparacaq yığmamızın çalışdırıcısı bildirib ki, rəqiblərin bəzilərinin oyunu barədə məlumatı var: “Sözsüz ki, Almaniya qrupumuzun favoritidir. Təkcə, onların heyətində Dirk Novitskinin ötən çempionatın ən yaxşısı olmasını demək kifayətdir. Yəni bu yığma çox güclüdür. Düzdür, püşkatmadan öncə Bolqarıstan millisini arzulayırdım ki, onlar da bəxtimizə düşdü. Onlarla Rimas Kurtinaytis baş məşqçi olduğu zaman qarşılaşmışıq. 50 top fərqi ilə uduzsaq da, hazırda onlarla oynamaq olar. İsveç yığmasını da bizə uyğun rəqib saymaq olar. Ötən mövsüm B divizionunda onlarla eyni qrupda yer almışdıq. Bakıda keçirilən oyunun ilk hissəsi bərabər keçmişdi və fasiləyə 41:41 hesablı sülhlə yollanmışdıq. Lakin sonradan məğlub olduq. Cavab matçına isə pley-offa çıxdığımız üçün legionerlərsiz yollanmışdıq. Lüksemburq basketbolçularına gəldikdə, onlarla da tanışam. 2004-cü ildə C divizionunda onlar 2-ci, biz isə 4-cü olmuşduq. Həmin vaxt hər 2 komanda ayrı-ayrı qruplardan gəlmişdi. Lakin biz yarımfinalda Şotlandiyaya uduzduq, onlar isə finala çıxdılar. Həmin vaxtla müqayisədə indi komandalarda dəyişikliklər olsa da, hər şeyə yekunda – oyunlardan sonra aydınlıq gələcək”.
Əliyevin sözlərinə görə, B qrupunda 3-cülük uğrunda mübarizə aparmaq olar: “Bildiyiniz kimi, ilk 2 yer və 4 ən yaxşı 3-cü yer final mərhələsinə vəsiqə qazanacaq. Biz də 3-cü yerə ümid edirik. Çünki mənim komandama inamım çox böyükdür. Mən istədiyim kimi hazırlıq keçsək və legionerlərimiz vaxtında düşərgəyə qoşulsa, 3-cü ola bilərik. İnşallah, hər şey uğurlu alınaq”.
Tarixində ilk dəfə Avropa çempionatında debüt edəcək yığmamızın artıq təqvimi də məlumdur. Əliyev bildirib ki, bu təqvimin də qrupda tutacağımız yerə böyük köməyi olacaq: “Biz ötən mövsüm B divizionuna Albaniya ilə oyunla başladıq və qələbə qazandıq. Bu uşaqlara da psixoloji baxımdan çox faydalı oldu. Bu dəfə də təqvim bizim xeyrimizədir. Yarışa Lüksemburqla səfərdə başlayırıq və ardınca evdə Bolqarıstanı qəbul edirik. Bu matçlarda qələbə qazana bilərik. Əgər hər şey plan üzrə getsə, yəni bu 2 komandaya qalib gəlsək növbəti matçlarda da bu bizə kömək olacaq”.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinə 2012-ci ilin avqustunda start veriləcək.

0
0