Çelenc Kuboku: "Xilasedici" növbəti mərhələdə
20.11.2025 - 21:10
Azərbaycanın kişi voleybolçulardan ibarət "Xilasedici" komandası bu gün Çelenc Kubokunda 1/32 final mərhələsinin cavab görüşünə çıxıb.
Apasport.az xəbər verir ki, Bakı təmsilçisi evdə Rumıniyanın "Styaua" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma saat 18:00-da FHN-in idman zalında start götürüb.
Bakı təmsilçisi rəqibini 3:1 hesabiı ilə məğlub etməyi bacarıb.
İlk matçı rəqib komanda 3:0 hesabı ilə üstün başa vurduğundan qalibi müəyyənləşdirmək üçün "qızıl set"ə ehtiyac duyulub. Həlledici seti 15:13 hesabı ilə xeyrinə başa vuran "Xilasedici" 1/16 finala yüksəlib.
0
0