“Sabah”ın futbolçusu I Liqada çıxış edəcək
16.01.2025 - 00:59
"Sabah"ın futbolçusu Oluvaseun Timilehin karyerasını "İmişli"də davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
19 yaşlı hücumçu "İmişli"də mövsüm sonuna qədər icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, nigeriyalı futbolçu 2023-cü ildən "Sabah"ın heyətinə cəlb olunub.
0
0