“Trabzonspor”un hücumçusu Premyer Liqaya qayıdır?
28.01.2020 - 00:03
Türkiyənin “Trabzonspor” klubunun futbolçusu Den Starric karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, “Aston Villa” qış fasiləsində hücum xəttini təcrübəli forvardla gücləndirmək niyyətindədir.
Birminhemlilər Trabzon təmsilçisinin tələb etdiyi 4,2 milyon funt sterlinqi ödəməyə razılıq verib. D.Starric zədə səbəbindən uzun müddətə sıradan çıxan Uesli Moraesi əvəz etməlidir.
Qeyd edək ki, 30 yaşlı forvard ötən yay “Liverpul”dan “Trabzonspor”a keçib. O, cari mövsümün 13 oyununda 7 qol vurub.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı
0
0