Bukmeyker kontorları “Jerminal” klubunu “Neftçi”dən 6 dəfə güclü sayırlar
03.07.2008 - 12:41
Bukmeyker kontorları “Jerminal” klubunu “Neftçi”dən 6 dəfə güclü sayırlar
Bakı. Aqşin Əliyev - APA-Sport. Bakının “Neftçi” klubunun UEFA İntertoto kubokunun ikinci mərhələsi çərçivəsində Belçikada yerli “Jerminal”a qarşı keçirəcəyi matça pul qoyuluşları təşkil edilib. “APA-Sport” agentliyinin məlumatına görə, bukmeyker kontorları flaqmanın səfər oyununda qələbə şansı cüzi qiymətləndiriblər. Anatoli Demyanenkonun komandası açıq-aşkar “Jerminal”la görüşün autsayderi qismində göstərilib. Belə ki, Belçika təmsilçisinin qələbəsinə 1,28 əmsal verilib. Qarşılaşmanın heç-heçə başa çatmaq ehtimalı isə bundan 4 dəfə azdır. Bərabərlik variantına pul qoyanlar 5 qat qazanca sahib çıxa bilərlər. “Neftçi”nin qalibiyyəti isə 7.5 əmsalına bərabərdir. Başqa sözlə, bukmeyker kontorları “Jerminal”ı flaqmandan təxminən 6 dəfə güclü sayırlar.
Qeyd edək ki, “Jerminal” - “Neftçi” oyunu iyulun 5-də baş tutacaq.
0