Bukmeyker kontorları “Jerminal”ı “Neftçi”dən şanslı sayırlar
10.07.2008 - 10:54
Bukmeyker kontorları “Jerminal”ı “Neftçi”dən şanslı sayırlar
Bakı. Aqşin Əliyev - APA-Sport. Bakının “Neftçi” klubunun İntertoto kubokunun ikinci mərhələsində Belçika “Jerminal”ına qarşı keçirəcəyi cavab görüşünə pul qoyuluşları təşkil edilib. “APA-Sport” agentliyinin məlumatına görə, ilk oyunda olduğu kimi, yenə “Jerminal”ın şansı yüksək qiymətləndirilib. “Neftçi”nin qələbəsi 2.60, belçikalıların qalibiyyəti isə 2.30 əmsala bərabərdir. Matçın heç-heçə başa çatacağına proqnoz verənlər qoyduqları puldan 3.45 dəfə çox qazana bilərlər.
Qeyd edək ki, “Neftçi” - “Jerminal” oyunu iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu komandalar arasında ötən həftə baş tutan ilk qarşılaşma 1:1 hesabı ilə nəticələnib.
0