Şok: Əsgər Abdullayev istefaya göndərildi
31.03.2009 - 23:48
Şok: Əsgər Abdullayev istefaya göndərildi
Bakının “Olimpik” klubunun rəhbərliyi baş məşqçi Əsgər Abdullayevi istefaya göndərib. Bu haqda apasport.az saytına komandaya yaxın mənbələrdən məlumat daxil olub. Abdullayevin tutduğu vəzifədən uzaqlaşdırılmasına səbəb klubun son vaxtlar uğursuz çıxışıdır.

Belə ki, “Olimpik” ölkə kubokunun 1/4 finalında mübarizəni dayandırıb. Ötən il Premyer Liqanın gümüş medalını qazanmış paytaxt təmsilçisinin cari mövsümdə vəziyyəti ürəkaçan deyil. Hazırda “təyyarəçilər” 33 xalla 5-ci pillədə qərarlaşıb və mükafatçılar sırasına düşmək şansını demək olar, itirib.

Əsgər Abdullayevin yoxluğunda komandanı müvəqqəti olaraq, məşqçi Novruz Əzimov çalışdıracaq. Mövsümlərarası fasilədə “Olimpik” rəhbərliyinin Almaniya və ya Hollandiyadan mütəxəssis dəvət edəcəyi gözlənilir.
0