Rusiya - Azərbaycan oyununun nəticəsi ləğv oluna bilər
31.03.2009 - 23:39
Rusiya - Azərbaycan oyununun nəticəsi ləğv oluna bilər
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Rusiya – Azərbaycan görüşünün nəticəsi ləğv oluna bilər. Apasport.az saytının məlumatına görə, UEFA martın 28-də rusiyalıların 2:0 hesabı ilə qələbə qazandığı qarşılaşma ilə bağlı araşdırmaları artıq yekunlaşdırmaq üzrədir.

Bukmeker kontorlarının oyunun nəticəsinə təsir etdiyi haqda məlumat alan Avropa futbol qurumu bu xəbərin həqiqəti əks etdirdiyini müəyyənləşdirib. Bu səbəbdən Rusiya yığmasına 0:3 hesablı texniki məğlubiyyət verilə bilər. Bundan başqa rəqibimizin, ümumiyyətlə seçmə mərhələdən kənarlaşdırılması da mümkündür.

Qeyd edək ki, hadisə ilə bağlı qərar UEFA-nın Nizam-İntizam Komitəsinin yaxın günlərdə keçiriləcək iclasında çıxarılacaq.