Pato xərçəng imiş
31.03.2009 - 21:36
Pato xərçəng imiş
İtaliyanın “Milan” klubunun futbolçusu Aleşandre Pato uşaq ikən xərçəngə qalib gəlib. Apasport.az saytının Lent.az-a ıstinadən məlumatına görə, bu haqda 20 yaşlı hücumçunun özü telekanallardan birinə açıqlama verib.

Braziliyalı oyunçu 11 yaşında olanda iki dəfə qolunu eyni yerdən qırıb. Müalicə vaxtı onun qolunda xərçəng virusları aşkarlanıb. Pato bu zaman qolunun itirilmə təhlükəsi ilə üz-üzə qalıb. Amma xoşbəxtlikdən, onun müalicəsi uğurlu alınıb.

Qeyd edək ki, Pato 2000-ci ildən İtaliyanın “İnter” komandasında çıxış etməyə başlayıb. 2007-ci ildə isə o, “Milan”a keçib.
0