“Xəzər-Lənkəran” və “Neftçi” hamıdan axıra qaldılar
01.04.2009 - 09:26
“Xəzər-Lənkəran” və “Neftçi” hamıdan axıra qaldılar
Azərbaycan Premyer Liqasının XX turunun oyunlarının keçirilmə vaxtı müəyyənləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, həftəsonu keçiriləcək matçlardan ikisinin vaxtı dəyişdirilib.

Belə ki, digər 5 qarşılaşmadan fərqli, “Xəzər-Lənkəran” və “Neftçi”nın ev oyunları nisbətən gec başlayacaq. “Standard”ı qəbul edəcək lənkəranlıların oyunu turun digər 5 matçından 1 saat gec başlayacaq. Turun son qarşılaşmasında isə flaqman MOİK-i qəbul edəcək. Bu görüş günün iki oyunu başa çatandan sonra start götürəcək.

Çempionatın əsasnaməsinə uyğun olaraq, digər matçların da başlama saatı ötən ayla müqayisədə dəyişib. Artıq apreldə baş tutacaq qarşılaşmalar saat 16:00-da başlayacaq.

04 aprel, şənbə

16:00. "Bakılı" - "Qəbələ"

Zabrat qəsəbə stadionu

16:00. "Karvan" - "Simurq"
Yevlax şəhər stadionu

16:00. "İnter" - "Muğan"
"Şəfa" stadionu

05 aprel, bazar

16:00. "Olimpik" - "Bakı"

"Şəfa" stadionu

16:00. "Qarabağ" - "Turan"
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

17:00. "Xəzər-Lənkəran" - "Standard"
Lənkəran şəhər stadionu

18:00."Neftçi" - MOİK
T.Bəhramov adına Respublika stadionu
0