Bir dəqiqəlik sükutla başlayan oyunlar
01.04.2009 - 12:51
Bir dəqiqəlik sükutla başlayan oyunlar
Türkiyə milli komandasının İspaniya ilə bu gün keçiriləcək oyunu bir dəqiqəlik sükutla başlayacaq. Apasport.az saytının məlumatına görə, 2010-cu il dünya çempionatının seçmə mərhələsinin bu gün baş tutacaq bütün matçları başlamazdan əvvəl stadionlarda bir dəqiqəlik sükut elan olunacaq. Bu haqda qərar verən FİFA Kot d’İvuarda baş verən faciədə həlak olanların xatirəsinin bu cür yad edilməsini zəruri sayıb. FİFA-nın rəsmi saytı bəyanat yayıb: “Bir dəqiqəlik sükut – bu Afrika futbol ailəsinə, Abican şəhərindəki qarşılaşmada ölənlərin xatirəsinə hörmətin əlamətidir”.

Qeyd edək ki, seçmə mərhələnin Afrika zonasında baş tutan Kot d’İvuar – Malavi oyunundan sonra yaranan qarışıqlıq zamanı 19 nəfər dünyasını dəyişmişdi.
0