AFFA İspaniya milli komandasını Bakıya dəvət edir
01.04.2009 - 12:55
AFFA İspaniya milli komandasını Bakıya dəvət edir
İspaniya milli komandası Bakıya gələ bilər. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, assosiasiya ilə İspaniya Futbol Federasiyası arasında mövcud olan qarşılıqlı əməkdaşlıq çərçivəsində milli komandaların yoldaşlıq oyunu keçirməsi barədə danışıqlar aparılır.

AFFA Avropa çempionları ilə görüşün Bakıda keçirilməsinə çalışır. Məsələ ilə bağlı AFFA və İspaniya Futbol Federasiyası arasında müzakirələr zamanı bir çox detallar öz həllini tapıb. Yaxın iki həftə ərzində yoldaşlıq oyununun keçirilməsi üçün texniki məsələlərin həll olunması gözlənilir.
0