Azərbaycan kubokunun finalçıları mayın 6-da müəyyənləşəcək
01.04.2009 - 13:05
Azərbaycan kubokunun finalçıları mayın 6-da müəyyənləşəcək
Azərbaycan kubokunun yarımfinal oyunlarının keçirilmə vaxtı dəqiqləşib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, kubokun finalçıları mayın 6-da müəyyənləşəcək.

Belə ki, ilk oyunlarını aprelin 29-da keçirəcək yarımfinalçıların cavab qarşılaşmaları bir həftə sonra - mayın 6-da baş tutacaq. PFL bu mərhələnin "İnter" - "Qəbələ" və "Bakı" - "Qarabağ" arasında keçirilən oyunların ikisinin də eyni gündə keçirilməsinə qərar verib.
0