Sərxoş futbolçuları milli komandadan qovdular
01.04.2009 - 15:50
Sərxoş futbolçuları milli komandadan qovdular
Şotlandiya milli komandasında qalmaqal baş verib. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Corc Berli kapitan Barri Ferqyussonla qapıçı Alan Makqreqorun qovulması haqda qərar çıxarıb. Buna səbəb futbolçuların sərxoşluq etməsidir.

Reportyorlar Ferqyusonla Makqreqoru barda sərxoş halda yaxalayıblar. Baş məşqçi bundan sonra futbolçularla bağlı sərt qərar çıxarmalı olub. Özü də bu, vacib oyun öncəsi baş verib. Belə ki, Şotlandiya cari seçmə mərhələ çərçivəsində növbəti oyunu bu gün İslandiya yığması ilə keçirəcək. Dörd oyundan sonra hesabında dörd xal olan Şotlandiya turnir cədvəlində 2-3-cü pilləni elə qarşıdakı rəqibi ilə bölüşdürür.
0