Berti Foqts milli komanda üzvlərini başına toplayır
01.04.2009 - 15:57
Berti Foqts milli komanda üzvlərini başına toplayır
Azərbaycan milli komandası yenidən bir araya gəlir. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, yığmamız aprelin 20-dən 23-dək təlim-məşq toplanışı keçirəcək. Baş məşqçi Berti Foqts futbolçuları Bakıda hazırlaşdıracaq. Bu, Premyer Liqada XXII turdan sonra reallaşacaq və milli üzvləri klublarını üç günlük müddətə tərk edəcək.

Qeyd edək ki, Foqts Rusiya yığması ilə rəsmi oyun öncəsi də Bakıda təlim-məşq toplanışı keçmişdi. Millinin qarşıdakı toplanışında çağırılacaq heyət və məşq cədvəli haqda sonradan məlumat veriləcək.
0