Naci Şensoy: Belə bir komandada çalışacağıma çox sevinirəm
01.04.2009 - 17:35
Naci Şensoy: Belə bir komandada çalışacağıma çox sevinirəm
“Düzünü desəm, belə bir komandada çalışacağıma çox sevinirəm. Belə futbolçular və məşqçilərlə birlikdə işləyəcəyimdən çox şadam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tovuzun “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy deyib.

Dünən Bolqarıstanın “Pirin” komandasına baş məşqçisi təyin olunan türkiyəli mütəxəssis özünün təqdimat mərasimindəki çıxışında uğursuzluq zolağından çıxacaqlarına inandığını bildirib: “Düşünürəm ki, Blaqoevqrad təmsilçisini güclülər dəstəsində yerini qorumağı mümkün olacaq. Oyunçuların və texniki heyətin potensialı bunun üçün yetərlidir”.

Bolqarıstan çempionatında durumu ürəkaçan olmayan “Pirin”in boş qalan baş məşqçi postuna üç namizədi var idi ki, onlar arasında seçim edən klubun İdarə Heyəti xorvat Stefan Deveriç və bolqar Anqel Çervenkov müqayisədə Şensoya üstünlük verib.

Qeyd edək ki, çempionatın sonuna 11 tur qalmış 11-ci pillədə olan “Pirin”i sonuncu pillədən 4 xal ayırır. Sonuncu yerdə isə Şensoyun cari mövsümün əvvəllərində yollarını ayırdığı “Belasitsa” qərarlaşıb.

mənbə: topsport.ibox.bg
0