“Barselona”nın baş məşqçisi dopinq qəbul etməkdə ittiham olunur
31.07.2009 - 17:49
“Barselona”nın baş məşqçisi dopinq qəbul etməkdə ittiham olunur
“Barselona” klubunun baş məşqçisi Xosep Qvardiola yenidən dopinq qəbul etməkdə ittiham olunub. Apasport.az saytının məlumatına görə, 38 yaşlı ispan hələ 2001-ci ildə İtaliyanın “Breşiya” klubunda çıxış edərkən istifadəsi qadağan olunan maddə tətbiq etməkdə günahlandırılır. Bu ilin mayında Qvardiola bəraət qazansa da, Antidopinq Xidməti bu qərarla razılaşmayıb. Bununla bağlı apellyasiya verildiyindən, məsələyə sentyabrın 15-də baxılacaq.

Qvardiola 8 il öncə qadağan olunan nondralon maddəsi istifadə etdiyi üçün dörd ay müddətinə cəzalandırılmışdı. Sonradan bu qərarla razılaşmayan “Barselona”nın gənc çalışdırıcısı təmizə çıxmışdı.

Qeyd edək ki, Qvardiola futbolçu karyerasının böyük hissəsini indiki komandasında keçirib. O, “Barselona”da çıxış etdiyi 10 il ərzində Çempionlar Liqasını qazanıb. Qvardiola karyerasının son illərini İtaliyada “Breşiya”, “Roma”, Qətərin “Əl-Əhli”, Meksikanın “Dorados” klubunda keçirib.
0